ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxışı zamanı Vaşinqtonun BMT Təhlükəsizlik Şurasını genişləndirmək niyyətini bir daha təsdiq edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “The Daily bildirib .
“Biz açıq şəkildə bildirdik ki, Təhlükəsizlik Şurasının arxitekturasına nəzər salmağın vaxtıdır. Hesab edirik ki, o, daha əhatəli olmalıdır”.
Kirbi vurğulayıb ki, Bayden bu həftə ABŞ-ın Təhlükəsizlik Şurasının genişlənməsinə dəstəyini təkrarlayacaq.
Xatırladaq ki, hazırda Təhlükəsizlik Şurasının beş daimi üzvü var: Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa. Bu millətlərin hər birinin şurada veto hüququ var. Coğrafiya prinsipi ilə seçilən əlavə 10 dövlət qeyri-daimi üzv statusuna malikdir.
Ariz Həsənoğlu,
KONKRET.az