Sükan arxasında infarkt keçirən sürücü ölüb – YENİLƏNİBbackend

Sükan arxasında infarkt keçirən sürücü ölüb - YENİLƏNİB

Gəncədə avtomobildə infarkt keçirərək ölən sürücünün kimliyi bilinib.

KONKRET.az xəbər verir ki, o, 1977-ci il təvəllüdlü Allahverdiyev Rəşid Tofiq oğludur.

***

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü orta yaşlı kişi sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*