Səudiyyə Ərəbistanında helikopter qəzaya uğradıbackend

Səudiyyə Ərəbistanında helikopter qəzaya uğradı

Səudiyyə Ərəbistanında helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həyatını itirib.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət mediası ölkənin Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən bildirib ki, helikopter bazar günü Ras Tanura bölgəsində qəzaya uğrayıb.

Məlumata görə, helikopter Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə məxsus olub. Qəza nəticəsində helikopterdə olan 14 nəfərin hamısı həlak olub.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Rəsmi qurumlar qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*