Bayden bütün səfərlərini ləğv etdi – SƏBƏBbackend

Bayden bütün səfərlərini ləğv etdi - SƏBƏB

Amerika lideri Co Bayden bu həftə Yaponiyada keçiriləcək G7 sammitindən dərhal sonra ABŞ-a qayıdacaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dövlət borcu ilə bağlı həll edilməmiş problem və mümkün defolt səbəbindən planlaşdırılan bütün xarici səfərlərini ləğv edib.

Məlumata görə, Bayden Avstraliya və Papua-Yeni Qvineyaya səfər etmək niyyətində idi.

Qeyd olunub ki, Amerika lideri ilkin olaraq Xirosimadan Papua-Yeni Qvineyaya getməyi və mayın 22-də ölkənin Baş naziri Ceyms Marape, eləcə də Sakit Okean Adaları Forumuna üzv dövlətlərin rəhbərləri ilə görüşməyi planlaşdırırdı. Bayden Papua-Yeni Qvineyaya səfər edən ilk Amerika prezidenti olmalı idi.

Mayın 24-də isə o, Sidneydə Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderləri ilə görüşməyi planlaşdırırdı.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*