Bayden İraqın baş nazirini Ağ Evə dəvət etdibackend

Bayden İraqın baş nazirini Ağ Evə dəvət etdi

Entoni Blinken Nyu Yorkda İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüşü zamanı ona ABŞ prezidenti Co Baydenin Ağ Evə rəsmi dəvətini çatdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Blinken Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İraqın baş naziri Məhəmməd əl-Sudani ilə görüşüb. Tərəflər iki dövlət arasında tərəfdaşlığın, eləcə də ABŞ-İraq Strateji Çərçivə Sazişinin prinsiplərinin daha da gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Blinken Sudaniyə prezident Baydenin yaxın gələcəkdə Ağ Evə səfər etmək dəvətini çatdırıb, həmçinin ABŞ İraqa təhlükəsiz və sabit gələcəyin qurulmasında yardım etmək öhdəliyini bir daha təsdiqləyib”, – bəyanatda deyilir.

Məlumata görə, əl-Sudani dəvəti qəbul edib və təyin olunmuş vaxtda ABŞ prezidentinin iqamətgahını ziyarət etməyə hazır olduğunu bildirib. Baş nazir həmçinin iki dövlətin bağladığı çərçivə sazişində yaradılması nəzərdə tutulan İraq-Amerika komitəsinin işinin bərpasının zəruriliyini diqqətə çatdırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*