“Bayer” “Qalatasaray”ın futbolçusu üçün 22 milyon təklif etdibackend

“Bayer” “Qalatasaray”ın futbolçusu üçün 22 milyon təklif etdi

“Qalatasaray” ın mərkəz müdafiəçisi Saşa Boey Almaniya nəhəngi “Bayer”ə transfer ola bilər.

KONKRET.az xəbər verir ki, Münhen klubu futbolçuya 4 illik müqavilə təklif edib.

Almanlar bu keçid üçün 22 milyon avro ödəməyə hazırdır, “Qalatasaray” isə bonuslar daxil olmaqla 30 milyon avro istəyir.

Futbolçunun 3 milyon avrodan çox qazanacağı bildirilir. “Qalatasaray”la “Bayer” arasında isə danışıqlar hələ ki, davam edir.

Razılıq əldə olunarsa, almanlar Boeyi klubun təyyarəsi ilə Münhenə aparacaqlar.

Qeyd edək ki, Türkiyə Superliqasının 22-ci turunda “Qalatasaray”ın öz meydanında “İstanbulspor”u 3:1 hesabı ilə məğlub etdiyi oyunda fransız futboçlu heyətdə olmayıb.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçunun matçdan əvvəl ayağında ağrı hiss etdiyini və oynaya bilməyəcəyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*