İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin övladları miras qalmış əmlaklarının bir hissəsini satmaq qərarına gəliblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Berluskoninin Lezmodakı “Villa Gernetto” malikanəsi satışa da çıxarılacaq. 18-ci əsrə aid malikanədə keçmiş baş nazir rəsmi görüşlər keçirib, o cümlədən 2010-cu ildə Rusiyanın o vaxtkı baş naziri Vladimir Putini qəbul edib.
“Corriere della Sera” qəzetinin jurnalistləri hesab edirlər ki, Berluskoninin mirasının təxminən 5 milyard avro dəyərində qiymətləndirilir ki, bu da onun beş övladı və 16 nəvəsi arasında bölüşdürülüb. Siyasətçi Forbes-in son reytinqinə görə İtaliyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub. Əvvəllər birinci yeri tutan Berluskoninin bir neçə villası, sarayları və evi olub.
Silvio Berluskoni iyunun 12-də Milanda San Raffaele xəstəxanasında 87 yaşında vəfat edib. Siyasətçiyə leykoz diaqnozu qoyulmuşdu.
Natiq Səlim,
KONKRET.az
