Bəzi qüvvələr MDB ölkələrində qanuni hökuməti, ənənəvi dəyərləri və vəziyyəti sarsıtmağa çalışır.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Şuraları katiblərinin iclasının iştirakçılarına ünvanladığı videomüraciətdə deyib.
“Qlobal qeyri-sabitlik Avrasiyaya da təsir edir. Üstəlik, bəzi qüvvələrin hərəkətləri MDB ölkələrində legitim hakimiyyəti, ictimai sabitliyi və ənənəvi dəyərləri və mədəni əlaqələrimizi sarsıtmağa yönəlib”, – Putin bildirib.
“Bütün bunlar təkcə əlaqələndirilmiş kollektiv reaksiya deyil, həm də daha geniş profilaktik iş tələb edir. Onların arasında MDB məkanında və bütövlükdə dünyada vəziyyətin hərtərəfli öyrənilməsi, prioritetlərin dəqiq müəyyən edilməsi, strateji planlaşdırma sənədlərinin müəyyən bir səviyyədə tənzimlənməsi üçün informasiya-analitik potensialından vaxtında maksimum istifadə etmək vacibdir”, – deyə o qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
