Bir ailənin 5 üzvü dəm qazından zəhərləndibackend

Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Naxçıvan şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Atabəylər məhəlləsində qeydə alınıb.

Bir ailənin 5 üzvünün dəm qazından zəhərləndiyi barədə 103 xidmətinə məlumat daxil olub.

Naxçıvan şəhər sakinləri – 1978-ci il təvəllüdlü Talıbov Əhməd Nadir oğlu, 1993-cü il təvəllüdlü Talıbova Qumral Ülfət qızı, 2012-ci il təvəllüdlü Talıbova Aysu Əhməd qızı, 2013-cü il təvəllüdlü Talıbova Zərifə Əhməd qızı və 2017-ci il təvəllüdlü Talıbov Turan Əhməd oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onlarin vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*