“Bir gün oyanırsan və görürsən ki, ölkən KTMT ilə münasibətlərini dondurub” – Abramyan backend

"Bir gün oyanırsan və görürsən ki, ölkən KTMT ilə münasibətlərini dondurub" - Abramyan 

“Beynəlxalq münasibətlərdə mühüm amil ölkənin proqnozlaşdırıla bilməsidir”.

KONKRET.az xəbər verir ki, bu barədə parlamentin müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan danışıb.

O qeyd edib ki, istənilən vəziyyətdə prinsiplərə sahib olmaq və onlara əməl etmək lazımdır:

“İndi ölkəmizdə nə baş verir? Səhər oyanırsan və görürsən ki, ölkəniz üzv olduğunuz hərbi-siyasi alyansla münasibətləri dondurub. Siz nə baş verdiyini anlamağa çalışırsınız, birdən KTMT-dən şərh gəlir ki, Ermənistandan heç bir açıqlama yoxdur, Rusiya rəsmilərindən başqa bir şərh gəldi ki, nə baş verdiyini anlamağa çalışırlar, amma hələlik xəbərləri yoxdur. Ermənistan hökumətini və ya səlahiyyətli strukturlarını təmsil edən şəxslər heç bir şəkildə vəziyyətə aydınlıq gətirmirlər”, – deyə müxalifətçi bildirib.

O, vurğulayıb ki, regionda əsas oyunçu olan bir ölkə ilə bu gün mövcud olan münasibətləri korlamaq ermənilərin kollektiv maraqlarına uyğun deyil.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*