“Rusiya Aİ-nin şərq sərhədlərinə çatdıqda, Avropa İttifaqı ölkələri Ukrayna münaqişəsi məsələsində öz tonunu dəyişəcək”.
KONKRET.az xəbər verir ki, Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov belə deyib.
“Düşünürəm ki, qoşunlar Polşa, Rumıniya, Macarıstan, Slovakiya sərhədlərində olanda gərginlik azalacaq. Və onların tonu tamamilə fərqli olacaq” – deyə Konstantin Qavrilov bildirib.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı ilə Aİ dərhal danışıqlara başlayacaq.
Burhan,
KONKRET.az
