“Biz heç vaxt Aİ-nin vəsaitinə və ya dəstəyinə güvənməmişik” – Ərdoğanbackend

“Biz heç vaxt Aİ-nin vəsaitinə və ya dəstəyinə güvənməmişik” - Ərdoğan

Türkiyə heç vaxt Aİ-nin köməyinə arxalanmayıb və buna ehtiyac görmür.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində bildirib.

“Türkiyə son beş onillikdə Avropa Birliyinin qapısındadır və biz həmişə özümüzü təmin etmişik”. “Biz heç vaxt Aİ-nin vəsaitinə və ya dəstəyinə güvənməmişik”, – Ərdoğan deyib.

O, həmçinin qeyd edib ki, Türkiyənin Aİ-yə qəbulu ilə İsveçin NATO-ya üzvlüyü məsələləri bir-biri ilə əlaqəli deyil.

“Biz dəfələrlə bildirmişik ki, İsveçin NATO-ya üzv olmaq ərizəsini dəstəkləməyə hazırıq, lakin Stokholm verdiyi vədləri yerinə yetirməlidir, çünki terrorçular hələ də  sərbəst gəzirlər”, – Türkiyə prezidenti əlavə edib.

Onun sözlərinə görə, Türkiyə parlamentində İsveçin müraciətinə baxılır.

“Bunun baş verməsi üçün əlbəttə ki, İsveç öz vədlərini yerinə yetirməlidir. Terror təşkilatları Stokholm küçələrində nümayişləri və fəaliyyətlərini dərhal dayandırmalıdırlar”, – Ərdoğan vurğulayıb.

O, bildirib ki, Türkiyənin ABŞ-dan 40 ədəd F-16 Block 70 döyüş təyyarəsi almaq tələbi İsveçin alyansa üzvlüyü ilə bağlı deyil.

Ariz Həsənoğlu, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*