BMT Təhlükəsizlik Şurası İsrailin Qəzza zolağına qurudan hücumu ilə bağlı bazar ertəsi fövqəladə iclas keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə CNN diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, BƏƏ BMT Təhlükəsizlik Şurasının üzvlərini hərbi əməliyyatlarda “dərhal humanitar fasilə” tələb edən qətnamə qəbul etməyə məcbur edəcək.
Mənbələr bildiriblər ki, Təhlükəsizlik Şurasının qətnamə layihəsi mətnində “dərhal humanitar atəşkəs” və əlavə “humanitar fasilələr” tələb olunur.
Qeyd edək ki, bu ayın əvvəlində ABŞ BMT Təhlükəsizlik Şurasının humanitar fasiləyə çağıran qətnamə layihəsinə veto qoyub.
Ariz Həsənoğlu,
KONKRET.az
