Bakıda 21 yaşlı oğlan dənizdə batdıbackend

Bakıda 21 yaşlı oğlan dənizdə batdı

Bakıda daha bir gənc çimərlikdə batıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hadisə iyunun 21-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.

Dənizdə nəzarətsiz ərazidə batan 21 yaşlı Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*