Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcəkbackend

Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək

FIFA U-15 Dünya Çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

KONKRET.az xəbər verir ki, FIFA Şurasının Bürosunun qərarına əsasən, turnirin ilk tarixi 22-31 oktyabr 2026-cı il aralığında baş tutacaq. Yarışda FIFA-ya üzv olan bütün ölkələrin 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edə biləcək.

FIFA bu qərarı AFFA-ya etimad göstərərək, Azərbaycanın yüksək səviyyəli idman infrastrukturu və böyükmiqyaslı beynəlxalq turnirləri qəbul etmək imkanlarını nəzərə alaraq verib. Bundan əvvəl Azərbaycanın FIFA U-20 Dünya Çempionatı (2027-ci il) yarışına da ev sahibliyi edəcəyi açıqlanmışdı.

FIFA bildirib ki, 2027-ci ildə keçiriləcək ikinci U-15 turniri qızlardan ibarət komandalar üçün olacaq. 2028-ci ildən isə həm oğlanlar, həm də qızlar arasında ayrıca yarışlar təşkil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*