Türkiyənin hərbi baxımdan nə qədər güclü olduğunu anlamırlar – Trampbackend

Türkiyənin hərbi baxımdan nə qədər güclü olduğunu anlamırlar - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və Türkiyənin ABŞ/İsrailin İrana qarşı müharibəsində iştirak etməmək qərarını yüksək qiymətləndirdiyini bildirib.

KONKRET.az xəbər verir ki, Tramp bildirib ki, insanların çoxu Türkiyənin hərbi gücünü tam qiymətləndirmir və ölkənin bu sahədə kifayət qədər güclü olduğunu düşünür. O, həmçinin NATO sammitində Ərdoğana hörmət əlaməti olaraq iştirak edəcəyini qeyd edib.

ABŞ liderinin sözlərinə görə, Ərdoğan İranla bağlı gərginlik fonunda müharibəyə qoşulmaq ehtimalı yüksək görünən liderlərdən biri idi və hətta müəyyən şərtlərdə İranın mövqeyinə yaxın dayana biləcəyini deyib. Tramp bunu Ərdoğanın İsrailə münasibəti ilə əlaqələndirib.

Bununla yanaşı, Tramp qeyd edib ki, Ərdoğandan hərbi müdaxilədən kənarda qalmağı xahiş edib və Türkiyə prosesə qoşulmayıb. O, Ərdoğanı “nüfuzlu lider” və “mənim dostumdur” sözləri ilə xarakterizə edib.

 

  • Mənzər Xəlilova,Azərbaycan,Bakı.
    İyun 25, 2026 - 13:15

    Atatürkdən sonra,Türkiyənin özünü müdafiə gücünü önəmli dərəcəyə catdıran,özündən əvvəlki prezidentlərdən qat-qat üstün olan təkcə Ərdogandır.Türkiyənin Amerika ilə fost tavrını bəyəniriz.Qoy bu adfımlar dünyada sülhün xeyrinə olsun.Dünyanı dagıtmaga yönələcək hər hansı bir rejimin durdurulmasına xidmət etsin..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*