BMT Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail mediası yazır. İclasda təcili humanitar atəşkəsə çağıran qətnaməyə səsvermə gözlənilir.
İclas BMT Baş katibinin təşəbbüsü ilə baş tutub və o, 2017-ci ildə BMT-nin rəhbəri kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk dəfə olaraq BMT Nizamnaməsinin 99-cu maddəsindən istifadə edərək, Təhlükəsizlik Şurasına müvafiq məktub göndərib. Baş katibin fikrincə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına təhlükə yarada bilən məsələlər Təhlükəsizlik Şurasının diqqətinə çatdırılır.
Qətnamənin qüvvəyə minməsi üçün Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı 9-u onun lehinə səs verməlidir. Qətnamənin qəbul olunacağı ehtimalı yüksəkdir. ABŞ-ın veto hüququndan istifadə edib-etməyəcəyi bəlli deyil.
Vəli Həsənov,
KONKRET.az
