Bob Menendez rüşvət iddiaları fonunda istefa verdibackend

Bob Menendez rüşvət iddiaları fonunda istefa verdi

ABŞ senatoru Bob Menendez rüşvət iddialarına görə Nümayəndələr Palatasının nüfuzlu Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsini müvəqqəti olaraq tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC və Reuters məlumat yayıb.

ABŞ Ədliyyə Departamentinin prokurorları, Menendez və həyat yoldaşı Nadinin Misirə yardım etmək müqabilində yüz minlərlə dollar qəbul etdiklərini iddia edirlər.

Nyu Cersi ştatının qubernatoru Fil Mörfi Menendesi istefaya çağırıb .

Onun sözlərinə, ortadakı faktlar o qədər ciddidir ki, senatorun öz işini görmək qabiliyyətinə təhlükə yaradır.

Qeyd edək ki, Menendez son 10 ildə ikinci dəfə korrupsiya cinayətlərində ittiham olunur . Senator rüşvətxorluq və sui-qəsd də daxil olmaqla üç cinayətdə ittiham olunur .

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*