Bolduinin öldürdüyü operatorun ailəsi üçün 175 min dollardan çox ianə TOPLANDIbackend

Bolduinin öldürdüyü operatorun ailəsi üçün 175 min dollardan çox ianə TOPLANDI

“Rust” (Pas) filminin çəklişlərində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan kinooperator Qalina Hatçinsin ailəsi üçün toplanan ianələrin həcmi 175 min dolları ötüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, ardım kampaniyasına 2200-dən çox insan qoşulub.

Qeyd edək ki, Hatçins Albukerke şəhərində (Nyu-Meksiko ştatı) dəfn olunub. Mərasimə onminlərlə insan qatılıb.

Xatırladaq ki, kinooperator çəkiliş zamanı Alek Bolduin tərəfindən açılan atəş nəticəsində həlak olub. Məşhur aktyor tapançada həqiqi güllənin olmasını bədbəxt təsadüf adlandırıb. Ona qarşı hələ ki, heç bir rəsmi ittiham irəli sürülməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*