Borrell: “Şimal axını” hadisələri qəsdən törədilib”backend

Borrell: “Şimal axını” hadisələri qəsdən törədilib"

“Bütün mövcud dəlillər “Şimal axını” qaz kəmərlərindəki qəzanın məqsədyönlü hərəkətlər nəticəsində baş verdiyini göstərir”.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

O, həmçinin bildirib ki, Aİ qaz kəmərləri ilə bağlı insidentlərin araşdırılmasına dəstək verəcək.

“Aİ kəmərlərə dəyən ziyandan dərin narahatdır. Bu hadisələr təsadüfi deyil və hamımıza təsir edir. Biz bunun necə baş verdiyinə dair istənilən təhqiqatı dəstəkləyəcəyik və enerji təhlükəsizliyi sahəsində öz dayanıqlığımızı artırmaq üçün əlavə addımlar atacağıq”, – deyə Borrell əlavə edib.

Qeyd edək ki, sentyabrın 26-da “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təzyiqin kəskin azalması qeydə alınıb. Danimarka və İsveç “Şimal axını”nda qaz sızması aşkar ediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*