Böyük Britaniya Lordlar Palatasının üzvü Azərbaycan və Türkiyəni yenə İTTİHAM ETDİbackend

Böyük Britaniya Lordlar Palatasının üzvü Azərbaycan və Türkiyəni yenə İTTİHAM ETDİ

“Azərbaycan və Türkiyənin son hərəkətləri bütün soyqırım meyarlarına cavab verir”.

KONKRET.az xəbər verir ki, Ermənistanın böyük dostu kimi tanınan Böyük Britaniya Lordlar Palatasının üzvü və keçmiş vitse-spiker Kerolayn Koks dünən Ermənistanda jurnalistlərə açıqlama verib:

“Hər şeydən əvvəl Ermənistan və Artsax xalqına inam və azadlıq uğrunda ağır itkilər verdiyinə baxmayaraq mübarizənin önündə durduqları üçün təşəkkür edirəm. Erməni Soyqırımını tanıması üçün İngiltərə hökumətinə çox təzyiq göstərmişik. Bu gün də buraya qəzəbli gəldim. Deyə bilərəm ki, soyqırım İngiltərəni təşkil edən əsas ölkələrdən biri olan Uels tərəfindən tanınıb. Uelsin paytaxtı Kardiffdə soyqırıma həsr olunmuş bir abidə var, lakin İngiltərə hələ bu soyqırımı tanımayıb və biz bunun üçün mübarizə aparırıq. 1991-94 və 2020-ci illərdə baş vermiş soyqırımı cəhdini də qəbul etməliyik. Azərbaycan və Türkiyənin son hərəkətləri bütün soyqırım meyarlarına cavab verir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Garachanta
    Aprel 25, 2021 - 00:38

    Bizim partiyalar nəyi gözləyirlər…niyə onlar yalniz imza qoyurlar- bəyanata. Niyə bu cındırların cavabını Twitterde ve s yerde vermirler. Nəyi gözləyirlər!!?????

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*