ABŞ kəşfiyyatı və Ağ Ev rəsmiləri prezident Donald Trampın İrana qarşı müharibənin başa çatdığını və “qələbə” qazanıldığını açıqlayacağını düşünür. Bu ssenari Vaşinqtonda nəzərdən keçirilir.
KONKRET.az xəbər verir verir ki, Reuters agentliyinin məsələ ilə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, bu təhlil ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinin sorğusu əsasında aparılır.
Məqsəd Trampın belə bir addım atacağı halda İranın mümkün reaksiyasını proqnozlaşdırmaqdır.
Mənbələr bildirir ki, bəzi rəsmilər prezidentə müharibənin neft və benzinin qiymətlərini artıraraq iqtisadi təzyiq yaratdığını və bunun Respublikaçıların qarşıdan gələn Konqres seçkilərində səs itirməsinə səbəb ola biləcəyini deyirlər.
Hələlik Donald Trampın İranla bağlı yekun qərar qəbul etmədiyi qeyd olunur. Eyni zamanda, gələcəkdə vəziyyətin daha da gərginləşməsi və İranın hərbi-siyasi rəhbərliyinə qarşı yeni hava zərbələrinin endirilməsi ehtimalı da istisna olunmur.
Digər tərəfdən, tammiqyaslı quru əməliyyatının hazırda daha az ehtimal olunduğu, müharibənin dayandırılması üçün isə Ağ Evə ciddi siyasi təzyiqlərin yaşandığı bildirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
