Böyük Britaniya biznesmen və Rusiyanın ilk özəl qaz şirkətinin təsisçisi İqor Makarova qarşı sanksiyaları ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Britaniya Xəzinədarlığından verilən açıqlamaya görə, milyarderin 2022-ci ildə dondurulan aktivləri sərbəst buraxılıb.
Qeyd edək ki, İqor Makarov 2023-cü ilin iyununda Rusiya vətəndaşlığından imtina edib. O, Kipr Respublikası (yunan) vətəndaşlığını üstün tutub.
Burhan,
KONKRET.az
