Son iki gün ərzində Böyük Britaniya Rusiyaya qarşı ikinci yeni sanksiyaları qəbul edib.
KONKRET.az xəbər verir ki, bu dəfə London Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hesab etdiyi şirkətlərə, avadanlıq idxalçılarına və neft treyderlərinə qarşı məhdudiyyətlər tətbiq edib.
Sanksiyalara “ALROSA” şirkətinin yeni baş direktoru Pavel Marinıçev, “Meçela”nın direktorlar şurasının sədri İqor Zyuzin, eləcə də Dzerjinskdəki sursat istehsal edən Sverdlov adına zavod məruz qalıb.
Britaniya hökuməti bəyan edib ki, bu məhdudiyyətlər paketi Böyük Britaniya və onun müttəfiqlərinin iki ildir Ukraynaya dəstəyində sarsılmaz olduqlarını göstərir.
Xatirə SADİQ,
KONKRET.az
