Braziliya hökuməti Qarabağdakı hadisələri, onların mülki əhaliyə təsirini narahatlıqla izləyir və münaqişə tərəflərini Brüssel, Moskva və Vaşinqtonda dinc dialoqa çağırır.
KONKRET.az xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Braziliya Qarabağda baş verən gərginliyi, xüsusən də mülki şəxslərə təsirini nəzərə alaraq, böyük narahatlıqla izləyir. Bir daha qeyd edirik ki, davamlı həllə aparan ən yaxşı yol, xüsusən də üç mövcud danışıqlar platforması (Brüssel, Moskva və Vaşinqton) vasitəsilə dinc dialoqdan keçir”, – bəyanatda bildirilir.
Bəyanatın mətninə əsasən, Braziliya BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə birlikdə Qarabağdakı vəziyyəti yaxından izləməyə davam edəcək.
Ariz Həsənoğlu,
KONKRET.az
