Braziliya prezidentinin başı DƏRDDƏbackend

Braziliya prezidentinin başı DƏRDDƏ

Braziliya prezidenti İsrailə qarşı ittihamlara görə impiçmentə məruz qala bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, prezident Lula da Silva impiçmentlə hədələnə bilər – müvafiq tələblə petisiya artıq yüzdən çox braziliyalı deputat tərəfindən imzalanıb. Onlar hesab edirlər ki, dövlət başçısı ölkə tarixində “ən görünməmiş diplomatik böhran yaradır”.

Qeyd edək ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva Təl-Əvivin Qəzzadakı hərəkətlərini Hitlerin vəhşiliyi ilə müqayisə edib. Bundan sonra Braziliya lideri İsraildə persona non-qrata elan edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*