Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.
KONKRET.az xəbər verir ki, Xalq artistinin köməkçisi Teleqraf.com-a açıqlamasında Brilliant Dadaşovanın Crystal Hallda çəkilişdə olduğunu və hadisədən xəbərsiz olduğunu bildirib.
O, həmçinin Zaur Mahmudovun qazi olduğunu da deyib.
Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunub.
O, beş il müddətinə azadlıqdan məhrum edilib.
