Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu haqqında ŞOK FAKTLARbackend

Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu haqqında ŞOK FAKTLAR

Ötən gün Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Mahmudov Zaur Arif oğlu həbs olunub. Narkotik satışında ittiham edilən Zaur 5 il müddətində azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, onun haqqında yeni məlumatlar yayılıb.

Belə ki, Zaurun I Qarabağ müharibəsi zamanı Tərtərdə düşmənlə üzbəüz mövqeydə döyüşdüyü, eyni zamanda minaya düşən yaralı əsgərləri xilas etdiyi bildirilir.

Mahmudov həmin illərdə iştirak etdiyi döyüşlərdə 2 dəfə ağır kantuziya alıb, o cümlədən başına 17 tikiş qoyulub. Onun ayaq nahiyəsində də iri tikişlər var.

Qeyd edək ki, ötən gün hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Qərara əsasən, Zaur Mahmudov 5 il müddətinə həbs edilib. Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib./baku.vs/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*