Avropa Komissiyasının sədri Ursula fon der Leyen Monteneqroya səfəri zamanı ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına üzv ola biləcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Leyen deyib.
“Monteneqro gələn il bütün danışıqlar fəsillərini başa çatdırmaqda qərarlıdır. Biz 2028-ci ildə Aİ-yə üzvlük məqsədinizi dəstəkləyirik. Bu ambisiyanız xoşumuza gəlir”, – deyə fon der Leyen mətbuat konfransında bildirib.
Qeyd edək ki, Monteneqro Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu 2010-cu ildə alıb və hazırda danışıqlar prosesinin son mərhələsinə yaxınlaşır.
Müşviq Tofiqoğlu
KONKRET.az
