Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı – RƏSMİ AÇIQLAMAbackend

Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı - RƏSMİ AÇIQLAMA

Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi Biləsuvarda intihar edən şagirdin məktəbdə bullinqə məruz qalması iddiasını təkzib edib.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

Bildirilib ki, məktəb daxilində aparılan ilkin təhlil və sorğular sözügedən şagirdə qarşı hər hansı qısnama hallarının baş verdiyini təkzib edir.

Biləsuvarda canına qəsd edən şagirdlə bağlı daha bir detal məlum olub.

KONKRET.az bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə Simuzər Heydərova Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdi imiş.

O, 1993-cü ilin 15 avqustunda torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Zaur Muxtar oğlu Heydərovun ailə üzvüdür.

Simuzər Heydərovanın fotosunu təqdim edirik:

***

“Biləsuvarda şagirdin intihar etməsi ilə bağlı Şərqi-Zəngəzur Regional Təhsil İdarəsində araşdırma aparılır”.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-a Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

“Biləsuvarda şagirdin intihar etməsi barədə məlumatlıyıq. Hadisə ilə bağlı hazırda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə qurumdan bildirilib.

***

Biləsuvarda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, özünü öldürən Simuzər Heydərova 11-ci sinif şagirdi olub.

Onun məktəbdə bullinqə məruz qaldığı iddia edilib.

Qeyd edilib ki, Simuzər sinif yoldaşları tərəfindən ələ salınırmış. O, dərslərində kifayət qədər yaxşı nəticə göstərib.

Qeyd edək ki, hadisə 8 fevral gecə saatlarında məcburi köçkünlər üçün tikilən 6 saylı qəsəbədə baş verib.

17 yaşlı Simuzər Yaşar qızı Heydərova yaşadığı evin həyətində özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*