Cek Ma “Alibaba”nın rəhbəri vəzifəsindən istefa verdibackend

Cek Ma "Alibaba"nın rəhbəri vəzifəsindən istefa verdi

Çinin “Alibaba” şirkətinin təsisçisi və rəhbəri Cek Ma direktorlar şurasının sədri vəzifəsindən istefa verib. Konkret.az xəbər verir ki, bu barədə Bloomberg çərşənbə axşamı məlumat yayıb.

Onun sözlərinə görə, Cek Manın yerinə icraçı direktor vəzifəsinə Daniel Jang təyin olunub. Buna baxmayaraq, Cek Ma “Alibaba”nın təsisçisi kimi şirkətin vacib qərarlarının qəbul edilməsində əhəmiyyətli rol oynamağa davam edəcək.

Qeyd edək ki, Cek Ma hələ ötən il istefa edəcəyini açıqlamışdı.

Cek Ma “Alibaba”nı 1999-cu ildə təsis edib və dünyanın ən böyük elektron ticarət və rəqəmsal ödəmə şirkətinə çevirib. İş adamı Çinin ən varlı adamlarından biridir.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*