Cənubi Koreya və ABŞ “Freedom Shield” adlı birgə hərbi təlimə başlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 11 günlük “Azadlıq Qalxanı” təlimi Pxenyanın qərb dəniz sərhədi yaxınlığında Şimali Koreya ilə gərginliyin artması fonunda keçirilir.
Cənubi Koreya və ABŞ hərbçiləri təlimlərdə əsas diqqətin quru, dəniz, hava, kiber və kosmik əməliyyatlara və Şimali Koreyanın nüvə əməliyyatlarına qarşı mübarizəyə yönəldiləcəyini qeyd ediblər.
Təlimdə Avstraliya, Böyük Britaniya, Filippin və Tayland da daxil olmaqla, BMT komandanlığının 12 üzv dövlətindən şəxsi heyət iştirak edəcək.
Agentlik qeyd edir ki, bu təlimlər Pxenyanın sərhəddə gərginliyin azaldılmasına yönəlmiş 2018-ci il Koreyalararası hərbi müqaviləni ləğv etməsindən sonra bir ilkdir.
Ariz Həsənoğlu,
KONKRET.az
