Çexiyada 8 nəfər yanaraq ÖLDÜbackend

Çexiyada 8 nəfər yanaraq ÖLDÜ

Çexiyanın cənub-şərqindəki Brno şəhərində baş verən yanğın nəticəsində 8 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “idnes.cz” portalı məlumat yayıb.

Bildirilib ki, yanğın yerli vaxtla saat 02:00-da şəhərin cənub hissəsindəki Plotni küçəsində baş verib.

Qeyd olunub ki, hadisə nəticəsində bir-birinə bağlı olan 12 ev yanıb.

Yanğınsöndürənlər yanğını yerli vaxtla saat 07:00-da söndürüb.

Polis hadisənin səbəblərini araşdırır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*