Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağı müzakirə etdilər – YENİLƏNİBbackend

Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağı müzakirə etdilər - YENİLƏNİB

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla telefonla danışıb.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər Dağlıq Qarabağdakı vəziyyət və son proseslər haqda müzakirələr aparıblar.

Bir az əvvəl nazirlərin telefon danışığı barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi də məlumat yayıb.

Bildirilir ki, nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi vurğulanıb.

***

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla telefonla danışıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağdakı vəziyyəti və son proseslər haqqında müzakirələr aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*