Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı – Hansı xətt hara gedir?backend

Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?

Yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasının məşhur çimərliklərinə sərnişinlərin rahat gediş-gəlişi üçün fəaliyyət göstərən avtobus marşrutları açıqlanıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Novxanı istiqamətinə getmək istəyənlər “Azadlıq prospekti” metro stansiyasından hərəkət edən 123 nömrəli marşrutdan istifadə edə bilərlər.

Görədil çimərliyinə isə “Azadlıq prospekti” metrosundan 108A, həmçinin Zabrat dairəsindən 537 nömrəli avtobuslar xidmət göstərir.

Bilgəh istiqamətində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən 171 nömrəli marşrut fəaliyyət göstərir.

Şüvəlan və Mərdəkan qəsəbələrinə getmək üçün sərnişinlər 136 və 156 nömrəli avtobuslardan yararlana bilərlər. Bundan əlavə, 181 nömrəli marşrut da Mərdəkan istiqamətində hərəkət edir.

Buzovna çimərliyinə isə “Koroğlu” NMM-dən 160 və 163 nömrəli avtobuslarla çatmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*