Çin döyüş gəmilərini Tayvan ətrafına cəmləşdirir backend

Çin döyüş gəmilərini Tayvan ətrafına cəmləşdirir 

Çin Xalq Respublikası Tayvan ətrafındakı sularda dörd döyüş gəmisi yerləşdirib.

KONKRET.az xəbər verir ki, Çin bununla regionda münaqişə baş verəcəyi təqdirdə ABŞ gəmilərinin adaya yaxınlaşmasının qarşısını alacağına ümid edir.

Yaponiya mətbuatının yazdığına görə, daha bir Çin gəmisi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarının şimal-qərbindəki ərazidə mövqe tutub. Yaponiya bu adaların ətrafını özünün ərazi suları hesab edir.

Bundan əvvəl Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bəyan etmişdi ki, ölkənin Azadlıq ordusu Tayvanın müstəqillik əldə etməsinə imkan verməyəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*