Rusiyada Hakan Fidana fəxri ad verildibackend

Rusiyada Hakan Fidana fəxri ad verildi

Türkiyənin xarici işlər naziri Hakan Fidana Rusiyanın nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGIMO) tərəfindən fəxri doktor adı verilib.

KONKRET.az xəbər verir ki, Rusiyaya rəsmi səfəri çərçivəsində təşkil olunan xüsusi mərasimdə bu ad nazirə institutun rektoru Anatoli Torkunov tərəfindən təqdim edilib.

Hakan Fidan çıxışında bu mükafatı Türkiyə-Rusiya münasibətlərinə və xalqlar arasındakı qarşılıqlı anlaşmaya verilən hörmətin rəmzi kimi qəbul etdiyini bildirib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri iyunun 16-dan Rusiyada rəsmi səfərdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*