Çin və Pakistan donanmaları Ərəb dənizində bir həftəlik təlim keçirir.
KONKRET.az xəbər verir ki, Reuters məlumat yayıb.
Kəraçidəki hərbi dəniz bazasında Çin və Pakistan donanmaları Ərəbistan dənizinin şimalındakı sularda və hava məkanında sualtı qayıqlara qarşı əməliyyatlar da daxil olmaqla təlimlərə başlayıb. Təlim noyabrın 17-də başa çatacaq.
Qeyd edək ki, təlim zamanı Çin və Pakistan ilk dəfə birgə dəniz patrulları həyata keçirəcək.
Ariz Həsənoğlu,
KONKRET.az
