CNN: “İran SEPAH-a qarşı sanksiyaların ləğvi tələbindən əl çəkib”backend

CNN: "İran SEPAH-a qarşı sanksiyaların ləğvi tələbindən əl çəkib"

İran artıq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın terror təşkilatları siyahısından çıxarılmasını və  sanksiyaların götürülməsini tələb etmir.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

Qeyd edilib ki, əvvəllər İranın nüvə sazişinin bərpası üzrə danışıqlarda əsas tələbi SEPAH-a qarşı sanksiyaların ləğvi olub.

ABŞ rəsmisi bildirib ki, tərəflər artıq razılaşmaya daha yaxındır.

Xatırladaq ki, 2015-ci ildə İran ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa ilə Birgə Hərtərəfli Fəaliyyət Planı ( BHFP) imzalayıb. Plan Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində ona qarşı iqtisadi sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutur. 2018-ci ildə ABŞ prezidenti Donald Tramp sazişdən çıxdığını elan edib və İrana qarşı sanksiyaları təzələyib.

İyun ayında İran Xarici İşlər Nazirliyi nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*