Conson ondan müsahibə üçün 1 milyon dollar istədibackend

Conson ondan müsahibə üçün 1 milyon dollar istədi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson amerikalı jurnalist Taker Karlsonun Ukrayna münaqişəsi ilə bağlı müsahibə üçün ondan 1 milyon dollar tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə Karlson “Blaze” internet nəşrinə müsahibəsində bildirib.

“Boris Conson məni “Kremlin aləti” və ya buna bənzər bir şey adlandırıb. Buna görə də Boris Consonla müsahibə üçün müraciət etdim. Nəhayət, onun məsləhətçilərindən biri rəy bildirərək geri qayıdıb: “O, sizinlə danışacaq, amma bunun qiyməti 1 milyon dollar olacaq. O, bir milyon Amerika dolları, ya da əvəzində qızıl və ya bitkoin istəyir. Hesab edirəm ki, yüz minlərlə insanın ölümündə günahkardır və mən ona 1 milyon dollar ödəməyincə o, mənə müsahibəsində bunların heç birinə aydınlıq gətirməyəcək”, – deyə jurnalist qeyd edib.

“Mən Vladimir Putindən müsahibə aldım. Mən Putini müdafiə etmirəm, lakin Putin məndən 1 milyon dollar istəmədi”, – Karlson fikrini yekunlaşdırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*