Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” Türkiyə Kubokunda 5-ci tur oyununa çıxıb.
KONKRET.az xəbər verir ki, komanda səfərdə “Qalatasaray”ın qonağı olub.
Coşqun Diniyevin 90 dəqiqə oynadığı matç “Qalatasaray”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
22:00. “Qalatasaray” – “Ümraniyespor” – 4:1
Qollar: B.Y.Alper, 33, Tete, 43, A.Bardakçı, 57, H.Dervişoğlu – B.Y.Alper, 23 (ö.q).
