Cüneyt Arkın “Kuruluş Osman”dan getdi – FOTObackend

Cüneyt Arkın “Kuruluş Osman”dan getdi - FOTO

Türkiyə istehsalı olan məşhur “Kuruluş Osman” serialında iki mövsümdür rol alan aktyor Cüneyt Arkın ekran işini tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində bildirib.

“Hər hekayənin bir sonu var. Mənim üçün daha bir hekayənin sonu gəldi. Yeni mövsümdə komanda yoldaşlarıma uğurlar arzulayır, mənə göstərdiyiniz sevgi və hörmət üçün təşəkkür edirəm. Sizinlə yeni layihələrdə görüşəcəyim günləri səbirsizliklə gözləyirəm. Yenidən görüşmək diləyi ilə”, – serialda Ağsaqqalların rəhbəri rolunu canlandıran 84 yaşlı aktyor yazıb.

Qeyd edək ki, Türkiyənin ATV telekanalında yayımlanan “Kuruluş Osman” serialında Burak Özçivit, Özge Törer və s. tanınmış simalar çəkilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*