Daha 4 azarkeş ömürlük stadionlardan uzaqlaşdırıldıbackend

Daha 4 azarkeş ömürlük stadionlardan uzaqlaşdırıldı

“Milan”ın qapıçısı Mayk Menyanı təhqir edən “Udineze”nin daha 4 azarkeşinin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, fransız qolkiperi təhqir edən daha üç kişi və bir qadının məsuliyyət daşıdığı müəyyənləşdirilib.

Azarkeşlər irqçilikdə günahlandırılır. Udine təmsilçisi onlara ömürlük ev oyununa girməyi qadağan edib. Həmin fanatlar 5 il ərzində İtaliyada heç bir stadiona buraxılmayacaqlar.

Xatırladaq ki, bundan öncə daha bir azarkeşin stadiona girişinə qadağan qoyulmuşdu.

Qeyd edək ki, İtaliya A seriyasının XXI turunda keçirilən “Udineze” – “Milan” görüşündə qonaqlar 3:2 hesablı qələbə qazanıb.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*