Dərsi daha yaxşı yadda saxlamağın çox sadə üsulları – ŞAGİRDLƏR ÜÇÜN FAYDALIbackend

Dərsi daha yaxşı yadda saxlamağın çox sadə üsulları - ŞAGİRDLƏR ÜÇÜN FAYDALI

Dərs öyrənərkən etdiyimiz ən böyük yanlışlardan biri, əksərən, mövzunu oxumaqla kifayətlənməkdir.  Araşdırmalar göstərir ki, bu üsul dərsi kortəbii şəkildə əzbərləyərək, sadəcə növbəti gün üçün yadda saxlamağa kifayət edir.

Bəs məlumatı daha yaxşı yadda saxlamaq üçün nələri etməliyik?
KONKRET.az asan yadda saxlama yollarını təqdim edir.
Öyrəndiklərinizi danışın
Bir mövzu ilə bağlı məruzəni dinləmək  çox öyrədici metod olmasa da, onu  söyləyən şəxs  üçün olduqca faydalıdır.
Məqalə yazın
Öyrəndiyimiz mövzuyla bağlı  yazılar yazmaq,  qeydlər etmək, anladığınızı yazıya tökmək də xüsusi  səmərə verəcək.
Müzakirə aparın
Hər hansı bir mövzu haqqında ətrafınızdakılarla müzakirə aparmaq, həmin mövzunun mənimsənilməsinə, daha yaxşı yadda saxlanılmağa kömək edəcək.
Öyrəndiklərinizi real həyatda tətbiq edin
Bir mövzunu mənimsəməyin ən yaxşı yolu, onu real həyatda tətbiq etməkdir.
Məsələn, hər hansı bir riyazi əməli, (məsələn, toplama-çıxma əməlini) gündəlik həyata tətbiq edərək daha yaxşı öyrənə bilərik./AzEdu.az /
  • Sahil
    May 23, 2023 - 17:58

    Bu metodlar effektli deyil

  • Vüsal
    Avqust 19, 2024 - 11:59

    bir şagird bir şeyi öyrənmək üçün çox zamanı olmaya bilər , amma deyirsiz məqalə yazın . Məqalə yazmağ , günlük həyatda yoxlamağ sadəcə olaraq şagirdin fikrini yayındıracaqdır , Bunlar sadəcə hər kəsin dediyi lakin heç kimin istifadə etmədiyi boş metodlardır .
    Mənim fikrimcə ən yaxşı öyrənmə metodu Pomodoro Metodudur . Gedin araşdırın !
    Burda deyilənlər isə boş xurafatdır.

Sahil üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*