Dezodorantların döş xərçənginə səbəb olduğu qəti şəkildə sübut edildibackend

Dezodorantların döş xərçənginə səbəb olduğu qəti şəkildə sübut edildi

Dezodorantların döş xərçənginə səbəb olduğu qəti şəkildə sübut edildi.

KONKRET.az xəbər verir ki, onun tərkibində alüminium var və bu alüminium döş xərçənginə səbəb olur.

Oksford Universitetinin bu araşdırması dezodorant istehsal edən şirkətlərdə ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, hələ 2016-cı ildə bir çox mütəxəssislər də bildiridilər ki, dezodorantların tərkibində olan metil, etil, propil, benzil, butil kimi kimyəvi maddələr olduqca təhlükəlidir. Tərləmənin qarşısını alan kosmetik vasitələrin tərkibindəki alüminium birləşmələrdə aparılan araşdırmalar sübut edib ki, döş xərçəngi riskini artıran təhlükəli maddələrdən biri olan paraben ən çox dezodorantlarda və digər kosmetik vasitələrdə var: “Dərimizə birbaşa tətbiq etdiyimiz bəzi məhsullar birbaşa bədənimizə daxil olaraq kapilyar damarların yolu ilə qan dövranına qarışa bilir. Əgər toksik və kanserogen bir maddə tərkiblidirsə, demək, bədənimizə bu zərərli maddələri də daxil etmiş oluruq. Xüsusilə xoş qoxu vermə məqsədiylə həmin məhsullara əlavə edilən metilen xlorid, toluol, metal, etil, keton, etilen, qlikol kimi müxtəlif toksik kimyəvi maddələrdən qəti olaraq uzaq durmaq lazımdır”.

Dezodorant seçərkən tərkibi ilə maraqlanın!

İlk növbədə dezodorant qoxu aradan qaldırıcı alüminium komponentləri ehtiva etməməlidir. Həkim bildirir ki, alüminium əmilərək qan dövranına daxil olur və bədəndə yığılır. Dəri ilə təması belə, olduqca zərərlidir: “Kimyəvi maddələr ehtiva edən dezodorantları almazdan əvvəl mütləq etiketi oxunmalıdır. Bitki mənşəli qliserin, bioflavonoid, otlar və ya bitki ekstraktları, ionlu su və distillə edilmiş su, yaşıl çay, aleo vera və qabartma tozu kimi təbii materialları ehtiva edən məhsullar seçilməlidir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*