Dilarə boşanmasından danışdı: “Qışqırmaqdan səsim işləmirdi”backend

Dilarə boşanmasından danışdı: "Qışqırmaqdan səsim işləmirdi"

“Bir müddət dost olmuşduq. Bilirdim ki, mənə aşiqdir. Hər şey məndən asılı idi, “hə” desəydim, ailə quracaqdıq. Toy haqda düşünmüşdük, amma Avroviziya müsabiqəsinə görə vaxtını dəyişdik. Mənim də ona sevgim var idi. Etibar etdim, amma düzgün seçim etmədim. Bilmirəm niyə belə oldu”.

KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova “Söz-baz” proqramında deyib. Sənətçi boşanma səbəbindən də danışıb:

“Çox qısqanc idi. Bu səbəbdən ayrıldıq. Mənim üçün çox çətin idi. Heç nə etmirdim, amma dava edirdik. Qışqırmaqdan səsim işləmirdi. İki il birlikdə olduq, amma başa düşdüm ki, artıq ayrılmalıyıq.

Qeyd edək ki, D.Kazımova 2014-cü ildə Türkiyə vətəndaşı Mərd Aslanla ailə qurub. Cütlük rəsmi olaraq 2018-ci ildə boşanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*