“Onlar Ermənistanı yoxsulluq həddinə çatdıracaq” – Juravlevdən İrəvan-Paris yaxınlaşmasına REAKSİYAbackend

Onlar Ermənistanı yoxsulluq həddinə çatdıracaq” - Juravlevdən İrəvan-Paris yaxınlaşmasına REAKSİYA

Rusiya Dövlət Duması Ermənistanla Fransanın yaxınlaşmasına qısqanclıqla reaksiya verib.

KONKRET.az xəbər verir ki, bu barədə Dumanın Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev açıqlama verib.

O bildirib ki, Fransız müşavirləri ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşları ilə birlikdə Ermənistanı tam yoxsulluq həddinə çatdıracaq.

Juravlev həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurmaq qərarını “cəsarət” kimi qiymətləndirib.

“Görünür, Paşinyanın növbəti “cəsarət” hücumu – Ermənistanın KTMT-də iştirakını birdən dayandırmaq qərarı bu faktla bağlıdır: Aydındır ki, o, uzun müddətdir diqqətini NATO ölkələrinə yönəldir. Lakin nədənsə Moskva həmişə Bakı ilə İrəvan arasında münasibətləri tənzimləməli olub”, – deyə Juravlev əlavə edib.

Günel Miayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*