Dubay hava limanından uçuşlar bərpa edildibackend

Dubay hava limanından uçuşlar bərpa edildi

Loukoster “Flydubai” rekord leysan yağışları səbəbindən fəaliyyəti pozulan Beynəlxalq Dubay Hava Limanının ikinci və üçüncü terminallarından aviareyslərin normal rejimini bərpa edib.

KONKRET.az xəbər verir ki, reyslər cədvəlinin normallaşdırılmasına baxmayaraq, loukoster sərnişinlərə reyslərin tarixlərini rəsmi saytda yoxlamağı məsləhət görüb, bundan başqa, kontakt məlumatları “bronlamanın idarə edilməsi” bölməsində yeniləmək və hava limanına getməzdən əvvəl onlayn qeydiyyatdan keçmək tövsiyə edilir.

“Flydubai” aviaşirkəti Beynəlxalq Dubay Hava Limanının (DXB) ikinci və üçüncü terminallarından tam reyslər cədvəlinin yerinə yetirilməsinə qayıdıb. Yaxın günlərdə biz səyahət planları pozulmuş sərnişinlərə xüsusi diqqət yetirəcəyik”, -deyə məlumatda bildirilir.

Aviaşirkətdə reysləri ləğv edilmiş sərnişinlərə pulun qaytarılması və ya reysin təkrar bronlaması barədə məlumat verilib. Lakin biletləri turagent vasitəsilə əldə edənlər birbaşa ona müraciət etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*