Dünya bazarlarında neft və təbii qaz bahalaşıbbackend

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 1,22% artaraq 1 barelə görə 61,23 dollar təşkil edib.

KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında yanvarda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,65% artaraq 56,08 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,43% artaraq 2,344 ABŞ dolları təşkil edib.

Bir cavab yazın