Dünyanın ən böyük faydalı viruslarından biri kəşf edildibackend

Dünyanın ən böyük faydalı viruslarından biri kəşf edildi

Vyana Universitetinin alimləri faydalı nəhəng viruslar aşkar ediblər. Müəyəyn edilib ki, bu viruslar beyin yeyən amöb birhüceyrəli paraziti məhv edə bilir. Qeyd edək ki, həmin parazitlər orqanizm üçün çox təhlükəlidir.

KONKRET.az xəbər verir ki, bu kəşf barədə “Nature Communications” jurnalında dərc olunan məqalədə deyilir.

Xatırladaq ki, təhlükəli birhüceyrəli amöblərə dünyanın su hövzələrində rast gəlinir.

Amöblərin qənimi olan nəhəng viruslar təxminən iyirmi il əvvəl müəyyən edilib. Onlar əsasən təkhüceyrəli orqanizmləri yoluxdururlar, ölçülərinə görə bakteriyalarla müqayisə edilə bilər və əvvəllər hüceyrə orqanizmlərinin xassələri hesab edilən unikal struktur və genetik xüsusiyyətlərlə xarakterizə olunurlar.

“Naegleriaviruslar” Vyana yaxınlığındakı çirkab su təmizləyici qurğudan tapılıb. Bu viruslara yoluxan amöblər bir neçə saat ərzində məhv olur. Digər nəhəng viruslar kimi, DNT-nin hüceyrəyə daxil olmasını asanlaşdıran “ulduz qapısı” adlı bir quruluşa malikdirlər.

Amöbün məhvinə səbəb odur ki, virus parazitin genetik materialını təkrarlayır və yüzlərlə yeni viral hissəciklər yaradaraq virus fabriki formalaşdırır.

Müəlliflərin fikrincə, viruslar müalicə üçün uyğun olmasa da, su anbarlarının və ya hovuzların profilaktik təmizlənməsi imkanlarını yaradır.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*